Qaxda ağac `soyqırımı` - Nazirlik prokurorluğa akt göndərdi
15:01 24 İyul 2017
Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ilkin araşdırmalarla rayonun İbaxlı kəndi ərazisində Əlibəyli bələdiyyəsinin mülkiyyətində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə qovaq cinsinə məxsus 108 ədəd ağacın həmin kəndin sakini Əhmədov Bəlyar Əliyar oğlu tərəfindən külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Qax rayon prokurorluğunda 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması aidiyyəti üzrə Qax rayon Polis Şöbəsinin İstintaq qrupuna tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1527
Oxşar xəbərlər
- Qaxda zavodda yanğın olub
- Qaxda yanğının qarşısı alındı
- Qaxdakı yanğın söndürüldü
- Qaxda ağır qəza - ölən və yaralananlar var
- Qaxda şagird ehtiyatsızlıqdan özünü asıb
- Qaxda Bayraq Muzeyinin açılışı olub
- Qaxda xəstəxana yanıb
- Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi
- Qaxda musiqiçi itkin düşüb
- Qaxda qəza - Xəsarət alanlar var